×
A
A
A
Sazlamalar

“Zoologiya bölməsi üzrə testlərin və bəzi mövzuların izahı” mövzusunda vebinar təşkil olunacaq

Bakı, 6 dekabr, AZƏRTAC

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dekabrın 7-də keçiriləcək vebinar “Zoologiya bölməsi üzrə testlərin və bəzi mövzuların izahı” mövzusuna həsr olunacaq. Spiker qismində 28 nömrəli tam orta məktəbin biologiya müəllimi Elnurə Hacıyeva çıxış edəcək. Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün müxtəlif mövzuların və tapşırıqların izah olunmasıdır.
Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Elm və təhsil 2021-12-06 18:03:00