×
A
A
A
Sazlamalar

Masallıda indiyədək 12 min 772,5 hektar sahədə payızlıq taxıl əkilib

Masallı, 6 dekabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda payızlıq taxıl əkini kampaniyası davam edir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, indiyədək 12 min 772,5 hektar sahədə taxıl səpini aparılıb.
Əkilən taxıl sahələrinin 7 min 117 hektarını buğda, 2 min 952 hektarını arpa, 2 min 703, 5 hektarını vələmir sahəsi təşkil edir.
Taxıl əkini kampaniyası rayonun Çaxırlı, Qarğalıq, Təklə ərazilərində daha mütəşəkkil aparılır.
Fermerlər, torpaq mülkiyyətçiləri əkin zamanı yerli şəraitə uyğun reproduksiyalı toxumlardan istifadə edirlər.

Kənd təsərrüfatı 2021-12-06 17:59:00