×
A
A
A
Sazlamalar

On bir ayda Qəbələdə 9,3 milyon manatlıq sənaye məhsulu ixrac olunub

Qəbələ, 6 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-noyabr aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 90 milyon 151,3 min manatlıq məhsul istehsal olunub. İstehsal edilən sənaye məhsulunun 8,9 faizi dövlət, 91,1 faizi qeyri-dövlət sektorunun payına düşür. On bir ayda rayonda 9 milyon 368,2 min manatlıq sənaye məhsulu ixrac olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
İdarənin rəisi Ayaz İsgəndərovun sözlərinə görə, Qəbələ rayonunun sənayesi əsasən, qida məhsulları və tikinti materiallarının istehsalı, elektrik enerjisi və qazın bölüşdürülməsi və təchizatı, suyun təmizlənməsi və paylanması sahələrini əhatə edir. Hesabat dövründə rayonda istehsal olunan sənaye məhsulunun 86,7 faizi emal sektorunun payına düşür.

Regionlar 2021-12-06 17:57:00