×
A
A
A
Sazlamalar

Muxtar respublika əhalisinin sayı açıqlanıb

Naxçıvan, 6 dekabr, AZƏRTAC

Muxtar respublika əhalisinin sayı 1 oktyabr 2021-ci il tarixə bir il öncəyə nisbətdə 1306 nəfər artaraq 462 min 716 nəfər olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, son illər muxtar respublikanın sosial-iqtisadi inkişafı, burada təhsil və səhiyyə müəssisələrinin tikilməsi və yenidən qurulması, məşğulluq məsələlərinin həlli ilə bağlı həyata keçirilən kompleks tədbirlər, o cümlədən ailə təsərrüfatı institutları və kiçik sahibkarlığın inkişafı istiqamətində görülən işlər və çoxsaylı sosial tədbirlər demoqrafik proseslərə öz təsirini göstərib, əhali artımında dinamikanın əldə olunmasına imkan verib.

 

Regionlar 2021-12-06 16:55:00