×
A
A
A
Sazlamalar

Lənkəranlı taekvondoçular Respublika birinciliyində 2 qızıl və 2 bürünc medal qazanıblar

Lənkəran, 6 dekabr, AZƏRTAC
Sumqayıt şəhərində yeniyetmə, gənclər və böyüklər arasında taekvondo idman növü üzrə Respublika birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Lənkəran rayonunu “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbinin idmançıları təmsil ediblər. Lənkəranlı idmançılar yarışda 2 qızıl və 2 bürünc medal qazanıblar.
Belə ki, 59 kiloqram çəkidə Fərid Əliyev və 63 kiloqram çəkidə Nizami Hacıyev I yerə, 58 kiloqram çəkidə Yusif Qurbanov və 65 kiloqram çəkidə Elmin Cavadov III yeri tutublar.

Regionlar 2021-12-06 14:55:00