×
A
A
A
Sazlamalar

Neft və Qaz İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun əməkdaşları - elmi müəssisənin icraçı direktoru professor Vaqif Qurbanov, Lətif Sultanov və Aysel Məmmədova Ukraynada keçirilən “Geoloji proseslərin və ətraf mühitin ekoloji vəziyyətinin monitorinqi” XV beynəlxalq elmi konfransda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransa onların həmmüəllifi olduğu “Aşağı Kür çökəkliyinin neft və qazlı hövzəsinin pliosen yaşlı süxurların petrofiziki xüsusiyyətləri” məqaləsi təqdim olunub.
Qeyd edək ki, konfransa təqdim olunan bütün məqalələr “Scopus” beynəlxalq məlumat bazasına daxil edilib və sertifikatlaşdırılıb.

Elm və təhsil 2021-12-06 14:43:00