×
A
A
A
Sazlamalar

İşğaldan azad olunmuş ərazilərə ayrılan vəsait gələn il artırıla bilər

Bakı, 6 dekabr, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə hər şey sıfırdan başlayaraq qurulmalı olduğundan burada innovativliyi tətbiq etmək daha rahatdır və bunun üçün imkanlar daha çoxdur. Digər tərəfdən, innovativliyin təmin olunmasında həmişə əsas maneələrdən biri olan vəsait çatışmazlığı problemi burada olmamalıdır.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda deyib.
O bildirib ki, təkcə bu il işğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb və gələn il də ən azı eyni məbləğdə vəsaitin ayrılması nəzərdə tutulur. Gələcəkdə bu məbləğin lazım olan qədər artırılacağı, habelə özəl sektor tərəfindən ayrılacaq vəsaitləri və xarici investisiyaları da bura əlavə etsək, bu məbləğin daha çox olacağı gözlənilir.

 

Regionlar 2021-12-06 13:44:00