×
A
A
A
Sazlamalar

Qarabağda innovativ maliyyə-bank xidmətlərinin yaradılması işlərinə başlanılıb VİDEO

Bakı, 6 dekabr, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə innovativ maliyyə-bank xidmətlərinin yaradılması işlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktik konfransda deyib.
Nazir müavini bildirib ki, Füzulidə ən böyük təyyarələri belə qəbul edə bilən müasir aeroport tikilib istifadəyə verilib, Zəngilan aeroportunun, uzunluğu 110,4 kilometr olan, 8 stansiyadan ibarət Horadiz-Ağbənd dəmir yolunun tikintisi davam etdirilir. İndiyə kimi bu ərazilərdə 600 kilometrdən çox yol çəkilib. Yeni yollar istifadəyə verildikcə, tikinti-bərpa işlərinin genişlənməsi üçün imkanlarımız daha da artır. Təhlükəsizliyin təmin olunması baxımından ən böyük problem olan minalardan təmizləmə işləri davam etdirilir. 13 min hektardan çox ərazi artıq minalardan təmizlənib, bu ərazilərin kənd təsərrüfatı üçün yararlı olan sahələrində əkin aparılır.

Regionlar 2021-12-06 12:39:00

Video