×
A
A
A
Sazlamalar

“Naxçıvan” Universitetində “Əxlaqi-nasiri” əsəri müzakirə edilib

Naxçıvan, 6 dekabr, AZƏRTAC

“Naxçıvan” Universitetinin Elmi Kitabxanasında görkəmli filosof-alim Nəsirəddin Tusinin Naxçıvanda oxunması zəruri olan kitabların siyahısına daxil edilən “Əxlaqi-Nasiri” əsərinin müzakirəsi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqustun tarixli Sərəncamının gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına xidmət etdiyini vurğulayıb. Görkəmli filosof-alim Nəsirəddin Tusi haqqında qısa məlumat verən rektor “Əxlaqi-nasiri” əsərinin didaktik dəyərini diqqətə çatdırıb.
Çıxış edənlər bildiriblər ki, Nəsirəddin Tusi bu əsərində əxlaqi tərbiyə ilə yanaşı, dövlətçilik ənənələrinin təsvirinə və təbliğinə də geniş yer verib. Görkəmli filosof Azərbaycan siyasi fikir tarixinə ilk dövlət nəzəriyyəçisi kimi düşüb.
Tədbir slaydların nümayişi və maraqlı mühazirələrlə davam edib.

Regionlar 2021-12-06 12:30:00