×
A
A
A
Sazlamalar

Riyaziyyat və Mexanika İnstitutunda elmi seminar təşkil olunacaq

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda “Fiziki və kimyəvi xassələrdəki dəyişikliklərin təsirini nəzərə alaraq polimer material üçün ümumiləşmiş Huk qanunu” mövzusunda elmi seminar keçiriləcək.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, seminarda professor Qabil Əliyevin mövzu üzrə məruzəsi dinləniləcək. İşdə polimer borularda qatların fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişilməsini nəzərə alaraq deformasiya və kontakt gərginliklər təyin edilib. Aqressiv mühitdə işlədilən boruların dayanıqlı işləməsi üçün parametrlərin təyin edilməsi tədqiq olunur.

Elm və təhsil 2021-12-06 12:18:00