×
A
A
A
Sazlamalar

“Nizaminin “Yeddi gözəl” poemasında mif, folklor və təsəvvüf” monoqrafiyası çapdan çıxıb

Bakı, 6 dekabr, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Nizaminin “Yeddi gözəl” poemasında mif, folklor və təsəvvüf” monoqrafiyası işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, əsərdə həm Azərbaycan, həm də dünya elmində Nizami yaradıcılığı ən müxtəlif aspektlərdən öyrənilib. Şairin irsinin tədqiqində Azərbaycan alimlərinin fəaliyyəti həm zəhmət, həm də məhsuldarlıq baxımından böyükdür. Bu fəaliyyət hazırda da davam edir. Oxuculara təqdim olunan monoqrafiya da Nizami irsinə milli-filoloji marağın daha bir ifadəsidir. Əsərdə “Yeddi gözəl” bədii-estetik işarə kimi götürülüb və onun Azərbaycan milli düşüncə sisteminin bədii-estetik layındakı yeri tədqiq edilib.
Əsərdə Nizami poeziyası “Yeddi gözəl” məsnəvisi əsasında orta əsrlər dünya modeli, onun folklor-mifoloji strukturu baxımından araşdırılıb.
“Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyanın elmi redaktoru akademik Muxtar İmanov, rəyçiləri professorlar Tahir Məhərrəmov, Şirindil Alışanlı və dosent Sərxan Xavəridir.

Elm və təhsil 2021-12-06 11:54:00