×
A
A
A
Sazlamalar

Ümumi müsahibədə 28 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

Bakı, 6 dekabr, AZƏRTAC
On altı dövlət orqanında 36 vakant vəzifə üzrə noyabrın 4-dən başlanan ümumi müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ümumi müsahibə dövlət orqanlarında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üçün keçirilir. Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla müsahibəyə çıxarılan vəzifələrin 9-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 27-si B növü vəzifələrə (inzibati icraçı) aiddir. Müsahibədə iştirak etmək üçün 189 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 11:35-dək olan məlumata görə, müsahibədə 28 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Ümumi müsahibə dekabrın 8-də yekunlaşacaq.

Elm və təhsil 2021-12-06 11:48:00