×
A
A
A
Sazlamalar

Zaqatala məktəbliləri ulu öndər Heydər Əliyevin irsini dərindən öyrənirlər

Zaqatala, 6 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Zaqatala məktəblilərinin rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunur. Əsas məqsəd Ulu Öndərin zəngin irsinin daha dərindən öyrənilməsinə və təbliğ edilməsinə nail olmaqdır.
Mərkəzin direktoru Famil Rəhimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məktəblilər əvvəlcə ekspozisiya zalında dahi rəhbərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinə həsr olunan sərgi və guşələrlə yaxından tanış olurlar.
Ekskursiya zamanı məktəblilər, həmçinin mərkəzin kinozalında Heydər Əliyevə həsr olunan sənədli filmə baxır, burada fəaliyyət göstərən elektron kitabxana, bədii qiraət, rəsm, rəqs və digər dərnəklərin işi ilə yaxından tanış olurlar.
Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları dekabrın 13-dək davam edəcək.

 

Regionlar 2021-12-06 11:33:00