×
A
A
A
Sazlamalar

Muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 545 manatı ötüb

Naxçıvan, 4 dekabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 545,3 manata çatdırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.
Qeyd edək ki, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsini yaşayan Naxçıvan Muxtar Respublikasında ötən dövr ərzində sakinlərin həyat səviyyəsinin davamlı olaraq yüksəlməsi, onların etibarlı sosial müdafiəsinin təşkili diqqət mərkəzində saxlanılıb. Regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş Dövlət proqramlarının icrası ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, əməkhaqları artırılıb, əhalinin maddi rifahı yüksəldilib.

 

 

Regionlar 2021-12-04 18:49:00