×
A
A
A
Sazlamalar

Muxtar respublikada 384 növdə məhsul istehsal olunur

Naxçıvan, 4 dekabr, AZƏRTAC

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehsal edilən məhsulların 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır.
Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

 

Regionlar 2021-12-04 15:43:00