×
A
A
A
Sazlamalar

İsmayıllıda 103 min 226 nəfərə COVID-19 əleyhinə vaksin vurulub

İsmayıllı, 4 dekabr, AZƏRTAC

İsmayıllı rayonunda dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı əhalinin peyvənd olunması prosesi davam edir. İndiyədək müxtəlif yaş qrupundan olan 47819 nəfərə birinci, 43695 nəfərə ikinci, 11712 nəfərə üçüncü doza olmaqla, ümumilikdə 103 min 216 nəfər vaksinasiya olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məlumatlar rayon icra hakimiyyətinin mərkəzi xəstəxanada səhiyyə işçiləri ilə keçirilən görüşündə səsləndirilib. Xəstəxananın akt zalında keçirilən görüşdə çıxış edən icra başçısı Nahid Bağırov bu gün əhaliyə tibbi xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Koronavirus pandemiyasına qarşı mübarizədə səhiyyə işçilərinin üzərinə düşən vəzifələrdən danışılaraq vurğulanıb ki, hər bir həkim, hər bir orta tibb işçisi insanların bu sahədə maarifləndirilməsində əlindən gələni əsirgəməməlidir.
Görüşdə əhalinin sağlamlığı üçün dövlətin yaratdığı şəraitdən hər bir vətəndaşın faydalanmasına lazımi imkanın yaradılmasının diqqətdə saxlanılması vurğulanaraq, bu sahədə səhiyyə işçilərinin üzərinə düşən vəzifələrdən də danışılıb.

Regionlar 2021-12-04 12:18:00