×
A
A
A
Sazlamalar

Lənkərana “İnvestisiya səyahəti”

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Bakı Fond Birjasının (BFB) və investisiya şirkətlərinin birgə təşkilatçılığı ilə maliyyə savadlılığının artırılması və kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqi məqsədilə keçirilən “İnvestisiya səyahəti” layihəsi davam edir.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti tədbir Lənkəran şəhərində keçirilib. Müvafiq qurumların və sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə kapital bazarı vasitəsilə maliyyələşmənin və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə danışılıb, kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparılıb, ödənişsiz investisiya məsləhətləri verilib.

Regionlar 2021-12-04 12:12:00