×
A
A
A
Sazlamalar

AMEA Genetik Ehtiyatlar İnstitutunun 5 seleksiya nailiyyətinə patent verilib

Bakı, 4 dekabr, AZƏRTAC

AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclas institutun cari ildə 5 seleksiya nailiyyətinin müəllifləri ilə görüşünə və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət Reyestrində qeydə alınmış patentlərin təqdimatına həsr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov seleksiyaların 17 müəllifini təbrik edib. Qeyd edib ki, institutun seleksiya nailiyyətlərinə patentlərin verilməsi böyük uğurdur və kollektiv tərəfindən böyük sevinclə qarşılanıb. “Nur” payızlıq arpa sortu, “Almaz” və “Leyli ” yumşaq buğda sortları, “Alyans” bərk buğda sortu və “Fatimə” sortu seleksiyalarının müəllifləri gərgin və işgüzar səmərəli elmi tədqiqatlarının nəticələrinin istehsalata tətbiqinə vəsiqə alıblar. Genetik Ehtiyatlar İnstitutu patentlərin müəllifləri ilə fəxr edir, bu nailiyyətlər ölkə əhalisinin kənd təsərrüfatı ərzaq məhsullarına tələbatının ödənilməsinə və gələcəkdə ölkənin idxaldan asılılığının aradan qaldırılmasına zəmin yaradır.
Sonra Zeynal Əkpərov müəlliflərə müvafiq patentləri təqdim edib. O, Genetik Ehtiyatlar İnstitutu ilə Amerika Birləşmiş Ştatlarının “RVR İnternational” LLC şirkəti arasında birgə fəaliyyətə dair əməkdaşlıq müqaviləsinin bağlanıldığını da şura üzvlərinin nəzərinə çatdırıb. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında gedən bərpa və quruculuq işlərinə töhfə vermək baxımından müqavilənin çox böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Elm və təhsil 2021-12-04 11:42:00