×
A
A
A
Sazlamalar

Şamaxıda 1340 tondan çox tərəvəz məhsulları istehsal olunub

Şamaxı, 4 dekabr, AZƏRTAC

Şamaxı rayonunda tərəvəz məhsullarının tədarükü başa çatıb, fermerlər və fiziki şəxslər sahələrdən 1346 ton məhsul götürüblər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2021-ci ildə bölgədə 178 hektar sahədə tərəvəz məhsulları yetişdirilmişdi. Əkin sahələri ötən ildəkindən 2 hektar çox olub. Rayonda əsasən kartof, pomidor, xiyar, paxla, kələm və bir sıra digər məhsullar becərilir. Tədarük olunan tərəvəz məhsulları yerli bazarlara, o cümlədən respublikanın iri şəhərlərinə çıxarılır.
Cari ildə əksər ərazilərdə, xüsusilə Qaleybuğurd, Mirikənd, Saqiyan, Çuxuryurd, Məlikçobanlı və bir sıra digər icra nümayəndəliklərində bol tərəvəz məhsulları yetişdirilmişdi.

 

Kənd təsərrüfatı 2021-12-04 10:37:00