×
A
A
A
Sazlamalar

İlin sonuncu Günəş tutulması hadisəsi baş verir

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də bu ilin sonuncu Günəş tutulması hadisəsi baş verir.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, bu tutulma tam Günəş tutulmasıdır.
Günəş tutulması hadisəsi saat 09:29:16-dan başlanıb və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.
Tam tutulma Antarktidada müşahidə olunur. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə edilir.
Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmur.

Elm və təhsil 2021-12-04 09:35:00