×
A
A
A
Sazlamalar

Bakı Limanında aşırılan yüklərin həcmi 18,2 faiz artıb

Bakı, 4 dekabr, AZƏRTAC

Bakı Limanında yükaşırma göstəricisi mütəmadi olaraq artmaqdadır.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, cari ilin 10 ayı ərzində Bakı Limanında 4 milyon 707 min ton yük aşırılıb və bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,2 faizlik artım deməkdir. Ayrı-ayrı sahələr üzrə də müsbət nəticələr əldə edilib.

 

Nəqliyyat 2021-12-04 08:02:00