Ronaldo dubl edərək karyerasında 800 və 801-ci qolunu vurub
Bakı, 4 dekabr, AZƏRTAC
İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “Mançester Yunayted” – “Arsenal” matçı həm “Qırmızı şeytanlar”, həm də klubun portuqaliyalı forvardı Kriştiano Ronaldo üçün əlamətdar sonluqla bitib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, “Old Trafford”da baş tutan həmin oyunda “Mançester Yunayted” 3:2 hesabı ilə qalib gəlib. Bu qələbədə ən çox pay sahibi Kriştiano Ronaldo olub. Hesab 1:2 “Topçular”ın xeyrinə olduğu zaman Ronaldo sözünü deyə bilib. Matçın 52-ci dəqiqəsində Markus Reşfordun ötürməsini qola çevirərək hesabda bərabərlik yaradan Ronaldo 72-ci dəqiqədə penalti zərbəsi ilə dubl etməklə “Mançester Yunayted”ə qələbə qazandırıb.
Həmçinin portuqaliyalı forvard “Mançester Yunayted”in heyətində 130-cu, karyerasında isə 800 və 801-ci qolunu vurub. Bu göstərici ilə Ronaldo peşəkar futbol tarixində birinci olub.
Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb
“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub