×
A
A
A
Sazlamalar

Nizami Gəncəviyə həsr olunmuş ustad dərsi

Bakı, 3 dekabr, AZƏRTAC

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı yaradıcı yazı (Creative Wrting) fənni çərçivəsində “Nizami Gəncəvinin coğrafi məkan və tarix fəlsəfəsi” mövzusunda ustad dərsi keçib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə bədii üslub, onun ifadə imkanlarından bəhs edən professor H.İsaxanlı Azərbaycanın mütəfəkkir şari Nizami Gəncəvinin yaradıcılığında məkan və zaman (xronotop) problemlərindən geniş söhbət açıb. Şairin çoxqatlı yaradıcılığında təcəssüm olunan dünya mədəniyyətlərinin, tarixinin, coğrafiyasının fərqli aspektlərdən öyrənilməsinin vacibliyini vurğulayıb. Professor N.Gəncəvinin “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarını təhlilə cəlb edərək, coğrafi determinizm, tarix və bədii həqiqət məsələlərini geniş şərh edib. Bundan başqa, H.İsaxanlı Nizami irsinin sovet dövrü tərcümələrində ideologiyanın mahiyyətindən gələn təhriflərin olduğunu da qeyd edib.
Sonda professor H.İsaxanlı tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.

Elm və təhsil 2021-12-03 19:06:00