×
A
A
A
Sazlamalar

Polşa klubu “Qarabağ”ın sabiq futbolçusu ilə yollarını ayırıb

Bakı, 3 dekabr, AZƏRTAC

Polşanın “Yagelloniya” klubu futbolçusu Dani Kintana ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekstraklasa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İspaniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Kintana “Yagelloniya”ya bu ilin yayında transfer olub. Otuz dörd yaşlı futbolçu zədə səbəbindən Polşa təmsilçisinin heyətində cəmi 3 oyunda meydana çıxıb.
Dani 2015-2020-ci illər aralığında “Qarabağ”ın uğurları üçün çalışıb.

İdman 2021-12-03 18:50:00