×
A
A
A
Sazlamalar

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ilə bağlı brifinq təşkil olunub

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də təhsil naziri Emin Əmrullayev və Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın iştirakı ilə brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinqdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ilə bağlı suallara aydınlıq gətirilib. Bildirilib ki, universitetin yaradılması ilə bağlı artıq müzakirələrə başlanılıb. Universitetdə Türkiyənin qabaqcıl universitetlərində olan və Azərbaycanda ehtiyac duyulan ixtisaslar tədris ediləcək.

Elm və təhsil 2021-12-03 18:40:00