×
A
A
A
Sazlamalar

Astarada onlayn fotomüsabiqə: “Payız gözəlliyi”

Astara, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Payız gözəlliyi” mövzusunda onlayn fotomüsabiqə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq olaraq keçirilən fotomüsabiqədə məqsəd xüsusi karantin rejimi dövründə tədbirlərin yeni formada həyata keçirilməsi, gənclər arasında foto sənətinə marağın artırılması, ətraf aləmin gənclər tərəfindən estetik dərk edilməsinin təşviqi, təbiətin gözəlliyinin tərənnümü, bu sahədə istedadların aşkarlanması və asudə onların vaxtlarının səmərəli təşkilidir.
On gün davam edən onlayn fotomüsabiqədə 17 nəfər yeniyetmə və gənc iştirak edib
Fotomüsabiqəyə hər iştirakçı payızın gəlişi ilə əlaqədar mobil telefonla çəkdiyi bir təbiət mənzərəsini vatsap üzərindən təqdim edib. Fotolar münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Yekun nəticələrə əsasən Astara şəhər 1 nömrəli tam orta məktəbin müəllimi İqbal İsmayılzadə birinci, Astara Pedaqoji Kollecinin II kurs tələbəsi Elvin Dədəyev ikinci, Kollecin III kurs tələbəsi Emilya Talıbzadə üçüncü yerlərə layiq görülüblər.

Regionlar 2021-12-03 18:23:00