×
A
A
A
Sazlamalar

BDU-da ustad dərsi: Nizami və Şərq renessansı

Bakı, 3 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində BDU Beynəlxalq əlaqələr şöbəsi, Konfutsi İnstitutu, Çinin Anhui Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan Mərkəzi”nin birgə təşkilatçılığı ilə “Nizami və Şərq renessansı” mövzusunda ustad dərsi keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq əlaqələr şöbəsinin böyük mütəxəssisi Şəms Bağırovanın moderatorluğu ilə keçirilən tədbirdə Anhui Universitetinin və BDU-nun Şərqşünaslıq fakültəsinin tələbə və müəllimləri iştirak ediblər. Ş.Bağırova 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunmasının əhəmiyyətindən və Nizami yaradıcılığından danışıb.
Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasının müəllimi İlqar Hüseynovun dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məruzəsi dinlənilib. Məruzəçi Nizaminin dünya miqyaslı şair olduğundan, Şərq poeziyasının inkişafında xidmətlərindən bəhs edib.
Sonda Anhui Universitetinin tələbələrinin sualları cavablandırılıb.

Elm və təhsil 2021-12-03 18:05:00