Fənlər üzrə qəbul imtahanları modelinə uyğun tapşırıq nümunələri müzakirə edilib
Bakı, 3 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində biologiya, tarix, coğrafiya və riyaziyyat fənlərindən işçi qrupların iclasları keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclaslarda fənlər üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları modelinə uyğun tapşırıq nümunələri müzakirə edilib. Müzakirələrdə tapşırıqların hər biri dərsliklərlə tutuşdurulub, doğru cavablar dəqiqləşdirilib. Tapşırıqların rus dilinə tərcümə olunmuş variantları yoxlanılıb.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
Ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc ediləcək.
İşçi qrupların növbəti iclası dekabrın 9-10-da olacaq.
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb
“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş
“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir