“Daxili nəzarət sisteminin həyata keçirilməsi” üzrə pilot layihənin növbəti onlayn təlimi keçirilib
Bakı, 3 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə birgə SIGMA (rəhbərlik və idarəetmədə təkmilləşdirməyə dəstək) proqramı çərçivəsində hazırlanan “Daxili nəzarət sisteminin həyata keçirilməsi” üzrə pilot layihənin növbəti onlayn təlimi təşkil olunub. Təlimdə layihənin ilk pilot qurumu kimi Mərkəzin əməkdaşları iştirak ediblər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlim SIGMA-nın təcrübəli eksperti olan Andra Larin tərəfindən risklərin müəyyən edilməsi mərhələsindən sonra risklərin idarə edilməsi mərhələsinin əsas komponentlərini əhatə edib və onların DİM-də tətbiqi izah edilib. Risklərin idarə edilməsi mərhələsinin əsas addımları qeyd olunub. Bu sıraya risklərin qiymətləndirilməsi, prioritetləşdirilməsi, azaldılması və idarə olunması, monitorinqi daxildir.
İştirakçılar üçün ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidməti təmin edilib.
Xatırladaq ki, pilot layihənin məqsədi ilkin olaraq DİM-də daxili nəzarət mexanizminin formalaşdırılması və təkmilləşdirilməsi və digər dövlət orqanlarında daxili nəzarət mexanizminin qurulmasına yardım göstərməkdir.
ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb
Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib