×
A
A
A
Sazlamalar

İdmana cəlb olunmuş qazilərimiz Ufada təlim-məşq toplanışında iştirak edəcəklər

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov qış idman növləri üzrə yarışlarda iştirak edəcək qazilərimizlə görüşüb.
AMPK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə komitənin baş katibi Kamal Məmmədov, “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının qalibi Elvin Astanov, idman şöbəsinin müdiri Rauf Mürsəlov və qış idman növləri üzrə kurator Azər Tapdıqov da iştirak ediblər.
İ.Rəhimov deyib ki, digər qazilərimizin də idmana cəlb edilməsi üçün Qarabağ qaziləri ilə iş və idman seleksiya komissiyası yaradılıb. O, qazilərimizin üçrəngli bayrağımızı döyüş meydanında ucaltdıqları kimi, beynəlxalq arenalarda da dalğalandıracaqlarına əminliyini bildirib.
Qazilərimiz dekabrın 3-17-də Rusiyanın Ufa şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.

İdman 2021-12-03 16:55:00