×
A
A
A
Sazlamalar

Şahmatçımız Şəhriyar Məmmədyarov Qran-Pri seriyası turnirində mübarizə aparacaq

Bakı, 3 dekabr, AZƏRTAC
Gələn il fevralın 3-də şahmat üzrə Qran-Pri seriyasının birinci mərhələsi start götürəcək.
AZƏRTAC xəbər verir ki, dünyanın güclü şahmatçılarının iştirak edəcəyi yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. Seriyanın birinci və üçüncü mərhələlərinə Berlin ev sahibliyi edəcək. Belə ki, fevralın 3-dən 17-dək birinci, martın 21-dən aprelin 4-dək üçüncü mərhələlər təşkil ediləcək. Turnirin ikinci mərhələsi isə Belqradda fevralın 28-dən martın 14-dək keçiriləcək.
Turnirdə 24 şahmatçı iştirak edəcək. İştirakçıların hər biri seriyanın yalnız iki mərhələsinə qatıla bilər.
Turnirin yekunlarına görə, iki şahmatçı 2022-ci ildə keçiriləcək iddiaçılar turnirinə vəsiqə əldə edəcək.

 

 

İdman 2021-12-03 16:27:00