×
A
A
A
Sazlamalar

Qubada əl qumbaraları tapılıb

Quba, 3 dekabr, Elxan Yusifli, AZƏRTAC

Quba rayonu ərazisində 3 ədəd F-1 əl qumbarası aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə Quba-Xınalıq yolunun Qırızdəhnə kəndi ərazisindən keçən hissəsində 3 ədəd F-1 əl qumbarasının olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı əl qumbaralarını aşkar edərək götürüblər.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Regionlar 2021-12-03 16:25:00