×
A
A
A
Sazlamalar

Siyəzəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

Siyəzən, 3 dekabr, Elxan Yusifli, AZƏRTAC

Siyəzəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Siyəzən rayon sakini Amid Abbasovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.
Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtomobil idarə edən həmin şəxslə profilaktik söhbətlər aparıb və o, yaşadığı ünvana geri qaytarılıb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Regionlar 2021-12-03 16:19:00