×
A
A
A
Sazlamalar

Naxçıvanın yüksək dağlıq bölgələrinə qar yağıb

Naxçıvan, 3 dekabr, AZƏRTAC

Muxtar respublikada soyuq hava şəraiti hökm sürür.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvanın yüksək dağlıq bölgələrinə qar yağıb. Dünən Şahbuz rayonunun ərazisində yerləşən Batabat yaylağı ağ örpəyə bürünüb. Yaylağa gedən yollar səhər saatlarında qardan təmizlənib.

Regionlar 2021-12-03 16:14:00