×
A
A
A
Sazlamalar

Bu gün şahmat üzrə məktəblilərin Avropa çempionatına start verilir

Bakı, 3 dekabr, AZƏRTAC

Bu gün şahmat üzrə onlayn formatda məktəblilərin növbəti Avropa çempionatı start götürür.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı yarışda 25 şahmatçı təmsil edir. Oğlan və qızlar arasında 10, 11, 13, 15 və 17 yaş qruplarında keçirilən turnir iki mərhələdən ibarət olacaq. Belə ki, ilkin seçmə mərhələ dekabrın 3-dən 5-dək, final mərhələ isə dekabrın 10-dan 12-dək keçiriləcək.
Avropa çempionatına 18 ölkədən 300-dən çox şahmatçı qatılacaq.

İdman 2021-12-03 13:38:00