×
A
A
A
Sazlamalar

Göyçayda bu il 40 min ton nar istehsalı gözlənilir

Göyçay, 3 dekabr, AZƏRTAC

Göyçay rayonunda nar yığımı davam edir və artıq bağlardan 34000 ton məhsul dərilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, ötən il 38,1 min ton nar istehsal olunmuşdu. Bu il isə 40 min ton məhsul gözlənilir. Yığılan narın bir hissəsi yerli bazarlara çıxarılır.
Respublikamızın iri şəhərlərinin və ətraf rayonların bazarlarında bölgədə yetişdirilən “Gülöyşə”, “Balamürsəl”, “Vələs” narlarının alıcısı heç də az deyil. Bu mövsümdə yığılan narın 30 faizdən çoxu xarici ölkələrə, o cümlədən Rusiya, Ukrayna və Belarusa ixrac olunub.
Qeyd edək ki, narçılıq Göyçayda bağbanların maraq göstərdikləri sahədir. Hazırda rayonda 3709 hektar nar bağı var ki, onun da 3670 hektarı bar verəndir. Əksər ərazilərdə, xüsusilə Bığır, Veysəlli, Qarabaqqal və bir sıra digər ərazi dairələrində məhsul yetişdirilib.

Regionlar 2021-12-03 12:11:00