×
A
A
A
Sazlamalar

Mədəniyyət Mərkəzində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar qəzəlləri səsləndirilib

Bakı, 3 dekabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Poeziyamızın sönməz günəşi - Nizami dühası” adlı tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Oğuzlar” folklor xalq ansamblı şairin qəzəllərini muğam üstündə ifası ilə çıxış edib.
Ələsgər Ələkbərov adına xalq teatrının ifasında isə Nizami Gəncəvinin qəzəlləri səsləndirilib.

Mədəniyyət 2021-12-03 12:01:00