×
A
A
A
Sazlamalar

“Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı festival təşkil olunacaq

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 6-dan 10-dək F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr verən dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı festival keçirəcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində “Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı rəsm günü, “Şairlər ustadı böyük Nizami” adlı şeir günü, “Nizami və musiqi dünyası” adlı musiqi günlərinin keçirilməsi nəzərdə tutulub.
Festivalın keçirilməsində əsas məqsəd qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin mütəfəkkir şairin sənətini gələcək nəsillərə çatdırmaqdır.

 

Mədəniyyət 2021-12-03 11:25:00