×
A
A
A
Sazlamalar

Qızlar arasında keçirilən voleybol üzrə yoldaşlıq görüşü başa çatıb

Naxçıvan, 3 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində 5 Dekabr – Beynəlxalq Könüllülər Günü ilə əlaqədar qızlar arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışdan öncə nazirliyin əməkdaşı Valeh Mahmudov muxtar respublika gənclərinin inkişafı üçün yaradılan şəraitdən, genişlənməkdə olan könüllülük hərəkatının perspektivlərindən bəhs edib, iştirakçılara uğurlar arzulayıb.
Sonra mübarizəyə start verilib, “Simfoniya” və “Zəfər” komandaları qarşılaşıblar. Oyun “Zəfər” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Regionlar 2021-12-03 10:58:00