×
A
A
A
Sazlamalar

Corc Dik: İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC

İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ölkələrimiz arasında diplomatik münasibətlərin tarixi 30 il bundan əvvələ gedib çıxır. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik dekabrın 2-də keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, xalqlarımızın tarixi keçmişi var. Yəhudilər Azərbaycan ərazilərində uzun illərdir yaşayırlar. Xalqlarımızın tarixi əlaqələri çox dərindir.

Siyasət 2021-12-02 16:46:00

Video