×
A
A
A
Sazlamalar

ABŞ və Fransa Azərbaycan ilə Ermənistan arasında dialoqun davam etdirilməsini alqışlayır

Stokholm 2 dekabr Rauf Əliyev AZƏRTAC

ABŞ və Fransa Azərbaycan ilə Ermənistan arasında dialoqun davam etdirilməsini alqışlayır.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken və Fransanın Fransa Xarici ticarət və iqtisadiyyat naziri Frank Riester İsveçin paytaxtı Stokholmda keçirilən ATƏT Nazirlər Şurasının iclasında bildirib.
ABŞ dövlət katibinin sözlərinə görə, müharibədən sonra Ermənistan ilə Azərbaycan arasında birbaşa dialoqun bərpası vacibdir.
Entoni Blinken, habelə hər iki ölkəni sərhədlərin delimitasiya və demarkasiyası işlərinə başlamağa, iqtisadi əlaqələr qurmağa və nəqliyyat kommunikasiyalarını bərpa etməyə çağırıb.
Eyni zamanda, Frank Riester Ermənistan ilə Azərbaycan arasında mövcud problemlərin həlli üçün danışıqların aparılmasının və ATƏT-in mövcud institutlarının prosesdə iştirakının əhəmiyyətini vurğulayıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm 

Siyasət 2021-12-02 16:42:00