×
A
A
A
Sazlamalar

Hikmət Hacıyev: Otuz ilə yaxın danışıqlar prosesində Azərbaycana təqdim olunan sülh ədalətli sülh deyildi VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan xalqı hər zaman sülhpərvər xalq olub. Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, ədəbiyyatına baxdıqda görərik ki, xalqımız həmişə sülh çağırışında və sülh axtarışında olub. Regionda da həmişə sülhün təmin olunması və möhkəmlənməsi istiqamətində ardıcıl səylər göstərib.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın xarici siyasətində də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyaya həmişə sülh mesajlarını göndərib, regionda vaxtilə mövcud olmuş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycan davamlı səylər göstərib. Amma sülh dedikdə, ilk növbədə, ədalətli sülhdən danışmaq lazımdır. Təəssüflər olsun ki, 30 ilə yaxın davam edən danışıqlar prosesində Azərbaycana təqdim olunan sülh ədalətli sülh deyildi. Bu, işğalın nəticələrinin qəbul edilməsi, Azərbaycan ərazilərinin işğal altında olmasını özündə ehtiva edən sülh idi ki, bu da Azərbaycan dövləti üçün qəbuledilməzdir.

Siyasət 2021-12-02 13:39:00

Video