×
A
A
A
Sazlamalar

“Qəbələ”nin U-16 komandası beynəlxalq turnirdə gücünü sınayacaq

Bakı, 1 dekabr, AZƏRTAC

“Qəbələ” klubunun 16 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, “Dinamo Tbilisi”nin təşkilatçılığı ilə keçiriləcək yarışda meydan sahibləri ilə yanaşı, Litvadan “Ateitis”, Latviyadan “Riqa” və “Qəbələ” çıxış edəcək.
Reqlamentə əsasən, “Qəbələ” dairəvi sistemlə bütün rəqiblərlə üz-üzə gələcək. İlk iki yeri tutanlar final, digərləri üçüncü yer uğrunda oyuna vəsiqə qazanacaqlar.
“Qəbələ” klubu dekabrın 3-də “Riqa”, ertəsi gün isə “Ateitis” və “Dinamo” komandaları ilə qarşılaşacaq. Üçüncü yer uğrunda oyun və final matçı dekabrın 5-də təşkil olunacaq.

İdman 2021-12-01 18:35:00