×
A
A
A
Sazlamalar

Argentina millisinin sabiq futbolçusu Xavyer Maskerano məşqçiliyə başlayıb

Bakı, 1 dekabr, AZƏRTAC

Argentina millisinin sabiq futbolçusu Xavyer Maskerano məşqçiliyə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Barselona” və “Liverpul”un keçmiş yarımmüdafiəçisi ölkəsində fəaliyyət göstərəcək. Otuz yeddi yaşlı mütəxəssis Argentinanın 20 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi təyin olunub. Fernando Batista Venesuela yığmasının baş məşqçisi postuna gətirilən Xose Pekermanın məşqçilər korpusuna daxil olduğundan, U-20 millisi Maskeranoya tapşırılıb.
Qeyd edək ki, Xavyer Maskerano ötən ilin noyabrında “Estudiantes”in heyətində karyerasını başa vurub.

İdman 2021-12-01 17:48:00