×
A
A
A
Sazlamalar

“Atalanta” baş məşqçisi Can Pyer Qasperini ilə müqaviləni yeniləyib

Bakı, 1 dekabr, AZƏRTAC

İtaliyanın “Atalanta” futbol klubu baş məşqçisi Can Pyer Qasperini ilə müqaviləni yeniləyib.
AZƏRTAC xəbər verir ki, 63 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayınadək uzadılıb.
Qeyd edək ki, italyan məşqçi 2016-cı ildən A seriyası təmsilçisində çalışır. Onun komandası hazırda A seriyasında 31 xalla 4-cüdür.

 

İdman 2021-12-01 14:27:00