×
A
A
A
Sazlamalar

Sabah gənclər arasında taekvondo üzrə Azərbaycan birinciliyi start götürəcək

Bakı, 1 dekabr, AZƏRTAC
Sabah - dekabrın 2-də Sumqayıt Olimpiya İdman Kompleksində gənclər arasında taekvondo üzrə Azərbaycan birinciliyi start götürəcək.
AZƏRTAC xəbər verir ki, yarışda 2005-2007-ci il təvəllüdlü idmançılar iştirak edəcəklər.
Yarışda 226 taekvondoçu mübarizə aparacaq ki, onlardan da 56-sı qız olacaq.
Birincilik koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə təşkil ediləcək.
Yarış iki gün davam edəcək.

İdman 2021-12-01 14:21:00