×
A
A
A
Sazlamalar

Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

Bakı, 30 noyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın tviter səhifəsində paylaşım edilib. Paylaşımda deyilir: “Bu gün Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik.
Bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyir, qardaş Azərbaycan xalqına və qəhrəman Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı veririk”.

Siyasət 2021-11-30 19:56:00