×
A
A
A
Sazlamalar

“Sabah”ın qış təlim-məşq toplanışı üçün planı müəyyənləşib

Bakı, 30 noyabr, AZƏRTAC

Bakının “Sabah” klubunun qış təlim-məşq toplanışı üçün planı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, hazırlıq prosesinə yanvarın 6-da Bakıda start veriləcək.
Komandanın yanvarın 12-26-da Antalyada təlim-məşq toplanışı nəzərdə tutulub.
Baş məşqçi Murad Musayevin çalışdırdığı kollektiv Antalyada 3 yoxlama oyunu keçirəcək. Lakin rəqiblərin kimliyi hələ dəqiqləşməyib.

İdman 2021-11-30 17:19:00