×
A
A
A
Sazlamalar

Çimərlik futbolu üzrə Azərbaycan millisi reytinq cədvəlində 28-ci pillədə qərarlaşıb

Bakı, 30 noyabr, AZƏRTAC

Dünya Çimərlik Futbolu təşkilatı milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Azərbaycan millisi dünya reytinqində 390 xal ilə 28-ci, Avropa sıralamasında isə 10-cu pillədə qərarlaşıb.
Reytinq cədvəlinə 4295 xalla Rusiya millisi başçılıq edir. Portuqaliya seçməsi 3479 xalla ikinci, Braziliya komandası isə 2695 xalla üçüncü olub.

İdman 2021-11-30 16:28:00