×
A
A
A
Sazlamalar

Rusiya xarici işlər nazirinin müavini və İtaliya səfiri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Moskva, 30 noyabr, AZƏRTAC

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və İtaliyanın RF-dəki səfiri Corco Staraçe Cənubi Qafqazda mövcud vəziyyəti müzakirə ediblər.
AZƏRTAC RF XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə baş tutmuş danışıqları kontekstində Cənubi Qafqaz regionundakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.
“Tərəflər Cənubi Qafqazda təhlükəsizliyin və iqtisadi inkişafın təminatı məqsədilə regionda vəziyyətin tezliklə sabitləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər”, - deyə Rusiya XİN-in məlumatında bildirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2021-11-30 15:04:00